Gələn mövsüm üçün heyətini gücləndirməyə hazırlaşan "Beşiktaş" transfer istiqamətini İngiltərəyə çevirib.Sport1.az xəbər verir ki, skaut şefi Eduard Qraf öz siyahısını formalaşdırır.
Hücumçu transferini yay aylarına saxlayan "qara qartal" bu istiqamətdə çalışmalarını davam etdirir. "Beşiktaş"ın hazırkı bazar dəyəri 9 milyon avro olan "Börnli" forması geyinən 24 yaşlı, 1.85 sm boyu olan forvard Layl Fosteri gündəminə aldığı iddia edilib.
Digər tərəfdən, İstanbul təmsilçisi həmin klubda forma geyən yarımmüdafiəçi Joş Braunhill haqqında da araşdırma apardığı öyrənilib.
Məlumatı "The Athletic" yayıb. 29 yaşlı futbolçunun klubla müqaviləsi bitmək üzrədir. "Beşiktaş" bu səbəbdən də oyunçu ilə danışıqlar aparmağa hazırlaşır.
Sport1.az