"Çelsi" Renato Veyqa ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, London təmsilçisiylə 2031-ci ilin yayına qədər müqaviləsi olan futbolçuyla 3 klub yaxından maraqlanır.
Söhbət "Yuventus", "Bavariya" və "Atletiko"dan gedir. 21 yaşlı mərkəz müdafiəçisinin hazırda transfer dəyəri 25 milyon avrodur.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Yuventus"da keçirən portuqaliyalı meydanda olduğu 33 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az