Tidjani Reynders karyerasını İngiltərədə davam etdirə bilər. [b]
Sport1.az[/b] xəbər verir ki, “Mançester Siti” "Milan"ın üzvünə 70 milyon avro ödəməyə hazırdır. Bu barədə məlumatı Fabritsio Romano yayıb. İnformasiyaya görə, artıq futbolçunun meneceri ilə danışıqlara başlanılıb. Hazırda oyunçunun transfer dəyəri 50 milyon avrodur.
Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm meydana çıxdığı 54 oyunda 15 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az