"Boavişta"nın üzvü Robert Bojenik karyerasını Türkiyədə davam etdirə bilər.Sport1.az xəbər verir ki, komandası ilə gələn mövsümün sonunda müqaviləsi başa çatan futbolçunu iki Super Liqa klubu istəyir.
Söhbət "Samsunspor" və "Başakşehir"dən gedir. 25 yaşlı hücumçunun transfer dəyəri 4 milyon avrodur.
Qeyd edək ki, slovakiyalı ötən mövsüm meydana çıxdığı 34 oyunda 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az