“Qarabağ”ın sabiq futbolçusu Olavio Juninyonun formasını geyindiyi “Flamenqo” “Milan”ın ulduzunu transfer etməyə hazırlaşır.Sport1.az xəbər verir ki, Braziliya klubu Joao Feliksi heyətinə cəlb etməyi planlaşdırır. Bu barədə Vene Kasaqrande “X” hesabında paylaşım edib.
Portuqaliyalı oyunçu ilə artıq danışıqların başladığı qeyd edilib.
Xatırladaq ki, təcrübəli hücumçu “Çelsi”yə məxsusdur və mövsümün sonuna qədər “rossonerilər”ə icarəyə verilib.
Sport1.az