Fransanın "Marsel" klubunun futbolçusu Luis Enrike Lima nəhəng klubların diqqət mərkəzindədir. Sport1.az xəbər verir ki, "İnter" və "Bavariya" vingerlə maraqlanır.
Milan klubunun skautları 23 yaşlı oyunçunun çıxışını yüksək qiymətləndirir, lakin transfer uğrunda mübarizəyə Almaniya nəhəngi də qoşulub.
"İnter"in baş məşqçisi Simone İnzaqini Luis Enrikenin universallığı cəlb edir. O, hücum xəttində müxtəlif mövqelərdə oynamaq bacarığı ilə seçilir.
Qeyd edək ki, futbolçunun transfer dəyəri 30 milyon avro qiymətləndirilir. Cari mövsümdə Enrike Fransa çempionatında 27 oyuna çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.
Sport1.az