İtaliyanın "İnter" klubu Fransa təmsilçisi "Marsel"in futbolçusu Luis Enrikenin transferi üçün şifahi razılıq əldə edib.Sport1.az xəbər verir ki, bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.
23 yaşlı braziliyalı hücumçunun Liqa 1 klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.
Qeyd edək ki, Luis Enrike cari mövsüm 32 matçda 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az