"Real" yay transfer dönəmində Argentinadan futbolçu transfer etmək istəyir.Sport1.az xəbər verir ki, söhbət Franko Mastantuonodan gedir.
Madrid təmsilçisi 17 yaşlı oyunçu üçün "River Pleyt"ə 45 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, pleymeyker bu mövsüm meydana çıxdığı 19 qarşılaşmada 7 qol vurub, 4 məhsuldar ötürmə edib.
Sport1.az