Seneqallı hücumçu Pap Xabib Quye Türkiyə Super Liqasında çıxış edə bilər.Sport1.az xəbər verir ki, “Aberdin”lə müqaviləsi gələn mövsümün sonunda bitəcək forvardla “Kasımpaşa” maraqlanır. 25 yaşlı futbolçunun hazırkı transfer dəyəri 1,2 milyon avrodur. Qeyd edək ki, Quye ötən mövsüm 28 oyunda 8 qol və 2 məhsuldar ötürmə ilə seçilib.
Sport1.az