Messinin bu ötürməsi futbol tarixinin ən yaxşısı seçilib - VİDEO
Leo Messinin 2022-ci il Dünya Çempionatında Niderland millisinə qarşı oyunda verdiyi məhsuldar ötürmə nüfuzlu idman nəşri “Fox Sports” tərəfindən futbol tarixinin ən yaxşısı seçilib.
Sport1.az xəbər verir ki, Qətərdə keçirilən Argentina – Niderland matçında Messi müdafiə xəttinin arxasına dəqiq və gözlənilməz ötürmə ilə Molinanı qol vəziyyətinə çıxarıb. Bu ötürmə həm texniki bacarığı, həm də oyunun gedişatına verdiyi töhfə baxımından yüksək qiymətləndirilib.
“Fox Sports”un keçirdiyi sorğu və futbol ekspertlərinin fikirləri bu məhsuldar ötürməni həm tarixdə, həm də hazırkı dövrdə ən keyfiyyətli sayır.
Qeyd edək ki, Argentina millisində bu mərhələdə ümumilikdə 6 məhsuldar ötürmə edən Messi bu göstəricidə Peleni qabaqlayıb.