“Tuluza”nın sağ vingeri Zakariya Abuxlyal karyerasını İtaliyada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, gələn mövsümün sonunda müqaviləsi başa çatacaq oyunçu ilə “Torino” yaxından maraqlanır. 25 yaşlı futbolçunun transfer dəyəri 12 milyon avrodur.
Qeyd edək ki, mərakeşli ötən mövsüm 27 oyunda 7 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az