“Brayton”un futbolçusu Xulio Ensiso Türkiyə Super Liqasında çıxış edə bilər.
Sport1.az xəbər verir ki, gələn mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçu ilə “Qalatasaray” maraqlanır. 21 yaşlı yarımmüdafiəçinin transfer dəyəri 22 milyon avrodur.
Qeyd edək ki, ötən mövsümün ikinci yarısında icarə əsasında “İpsviç Taun”da oynayan paraqvaylı 29 oyunda 3 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az