14:39 25.03.2025 381

II Bundesliqa Polşa və Xorvatiya liqalarından nə ilə fərqlənir? - Mahir Emreli AÇIQLADI

Azərbaycan millisi yoldaşlıq görüşündəki rəqibi Belarus yığması ilə sonuncu dəfə 2022-ci ilin iyun ayında qarşılaşıb.

UEFA Millətlər Liqası çərçivəsində “Liv Bona Dea Arena”da baş tutan oyunda meydana sonradan daxil olan Mahir Emreli 1 qol və 1 məhsuldar ötürmə ilə komandamızın 2:0 hesablı qələbəsində önəmli pay sahibi olub.

Hazırda Almaniyada “Nürnberq” klubunun formasını geyinən 27 yaşlı hücumçu AFFA-nın mətbuat xidmətinin suallarını cavablandırıb.

Sport1.az xəbər verir ki, o, həm üç il əvvəlki matçı xatırlayıb, həm də millinin qarşıdakı oyunları barədə danışıb.

- Almaniyada işləriniz necə gedir? “Nürnberq”ə və II Bundesliqaya tam uyğunlaşa bilmisiniz?
- Hər şey çox yaxşıdır. Mövsümün əvvəlindəki təlim-məşq toplanışında iştirak edə bilməmişdim. Amma qış hazırlığında kollektivlə birgə oldum. Bir-birimizə daha yaxşı uyğunlaşmaq imkanımız yarandı. Oyundan-oyuna artırmaq və komandama daha faydalı olmaq istəyirəm.

- Baş məşqçi Miroslav Kloze öz dövrünün ən güclü hücumçularından biri olub. Ön xətt oyunçusu kimi, ondan öyrəndiyiniz hansısa xüsusiyyət var?
- Onunla fərdi məşqlər də edirik. Müxtəlif məqamlara toxunur, təcrübəsini bizimlə bölüşür. Bunun da faydalarını oyunlarda görürük. Kloze ilə işləmək çox xoşdur. Hücumçuya xüsusi həzz verir, hər məşqdə, iclasda, fərdi söhbətdə baş məşqçidən nələrsə öyrənməyə çalışırıq.

- II Bundesliqa daha əvvəl çıxış etdiyiniz liqalardan nə ilə fərqlənir?
- Burada intensivlik, fiziki göstəricilər və rəqabət böyükdür. Polşa və Xorvatiyada olanda həmin ölkələrin çempion komandalarında çıxış edirdim. Rəqiblər istər-istəməz bizə qarşı qapanırdılar, oyuna dominantlıq edirdik. Amma burada digərindən aşkar üstün komanda yoxdur. Hər bir kollektiv öz oyununu göstərməyə çalışır və matçlarda kifayət qədər qol imkanı əldə edir. II Bundesliqada, xüsusən də, topsuz olduğun zaman nizam-intizama çox önəm verirlər. Bu da mənim üçün yeni haldır. Çünki əvvəlki klublarım çempionatın ən yaxşısı olduğundan, topsuz oyuna o qədər də fikir vermirdim. Burada taktiki sxemə, intizama ayaq uydurmalısan və məşqçinin xüsusən topsuz olduğun zaman verdiyi tapşırıqları yerinə yetirməlisən.

- Polşa, Xorvatiya, Türkiyə və Almaniyada legioner həyatı yaşamısınız. Ölkə xaricində oynamaq necə hissdir, azərbaycanlı həmkarlarınıza nəyi tövsiyə edərdiniz?
- Hər bir futbolçu üçün xeyirlisi nədirsə, o da olsun. Kiminsə legioner həyatı yaşamaq arzusu varsa, çəkinmədən bunu reallaşdırsın, düşünməsin ki, xaricdə mədəniyyət fərqlidir. Özlərini bu yöndə inkişaf etdirsinlər, ən önəmlisi inansınlar. Azərbaycan çempionatında yaxşı çıxış edən oyunçular var ki, orada özlərini daha rahat hiss edirlər. Ancaq xaricə getmək arzusu ilə yaşayan uşaqlar əllərinə belə fürsət düşən kimi, düşünmədən dəyərləndirsinlər. Ən azı özlərini yoxlasınlar. Sonra peşmanlıq çəkməsinlər ki, şans düşdü, istifadə etmədim. Ümid edirəm ki, futbolçularımız daha yaxşı klublarda çıxış edəcəklər.

- Millimiz bu gün Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək. Tanış rəqiblə növbəti duel nə kimi fayda verə bilər?
- Millidə olduğum zaman oyunun rəsmi və ya yoldaşlıq görüşü xarakterli olması arasında fərq qoymuram. Düzdür, yoldaşlıq matçlarında bəzi taktiki sxemlər, oyunçular sınaqdan keçirilir. Buna baxmayaraq, özümüzü yaxşı tərəfdən göstərməyə çalışmalıyıq. Xüsusən də, Belarus kimi “dişimizə” görə olan komandalar önünə qələbə üçün çıxmaq vacibdir. Belə qarşılaşmaların necə fayda verəcəyini isə rəsmi oyunlarda görəcəyik. Ümid edirəm ki, həmin görüşlərdən maksimum yararlanar, xalqımız üçün yaxşı futbol nümayiş etdirər və onların üzünü güldürərik. Bütün istəyimiz sırf bu yöndədir. Əlbəttə ki, uğur qazandığın zaman tarixə düşürsən və biz də bunun üçün çalışırıq. Əlimizdən gələni edəcəyik.

- 2022-ci ildə UEFA Millətlər Liqası çərçivəsində Belarus seçməsini Bakıda 2:0 hesabı ilə məğlub etdiyimiz qarşılaşmada qollardan birinin müəllifi olmusunuz. Həmin matçı necə xatırlayırsınız?
- Həmin görüşü yaxşı xatırlayıram. İlk dəqiqələrdən ehtiyatda qaldığım üçün bir az əsəbi, narazı idim. Etik çərçivədə, futbolçunun hörmətsizlik etmədən bu cür narazılığı normaldır. Amma sonradan meydana daxil olaraq, bir qol vurdum və digər qolun məhsuldar ötürməsini verdim. Vurduğum qol gözəl alınmışdı. Ümid edirəm ki, millinin heyətində belə qollar daha çox vuraram. Həmin ana qədər 5 matç idi ki, nə qol vura, nə də qələbə qazana bilirdik. Belarusla qarşılaşmadan sonra yüksəlişə keçdik, ardıcıl 5 oyunda qələbə qazandıq.

- Bu il DÇ-2026-nın seçmə mərhələsində mübarizə aparacağıq. Ukrayna, İslandiya və Fransanın yer aldığı qrupda nəyə ümid etmək olar?
- Rəqiblərin gücü bəllidir. Belə komandalar önündə xəyal qurmağa ehtiyac yoxdur. Sadəcə, düzgün hazırlaşıb, meydana qələbə üçün çıxmalıyıq. Futbolda qalibiyyət də var, məğlubiyyət də. Ancaq bəzən necə uduzmağın da vacib olur. Elə olur ki, canını dişinə sıxıb mübarizə aparırsan, yaxşı oyun sərgiləyirsən, amma sonda məğlub olursan. Bu, haradasa bağışlana bilər. Bizdə insanların futbol anlayışı gündən-günə yaxşılaşır. Məsələn, Slovakiyaya məğlubiyyətə baxmayaraq, matçdan sonra pozitiv şərhlər yazılırdı. Rəqibləri təhlil edib, hər birinə qarşı doğru hazırlaşmalıyıq. Keyfiyyət fərqi də öz sözünü deyəcək. Düşünürəm ki, sensasiya edəcəyimiz matçlar olacaq. Hər oyuna çıxanda buna inanmaq və baş məşqçinin tapşırıqlarını doğru yerinə yetirmək lazımdır. Bunu bacarsaq, istənilən uğurlu nəticəyə ümid edə bilərik.
Hadisələri telegramda anında izləyin!
Keçid et
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:39

Türkiyəli qapıçı Avropa Liqasının tarixinə keçdi

10:05

Portuqaliyalı qapıçı karyerasını başa vurub

09:52

"Barselona"da yeni müqavilə

09:24

ÇL: Həftənin ən yaxşı oyunçusu bəlli olub

09:03

Taliska "Fənərbağça"da bunu bacaran ilk oyunçu oldu

23:11

Vüqar Həşimov Memorialının qalibi müəyyənləşdi

22:34

“Naxçıvan” “Sərhədçi” üzərində qələbə qazandı

22:19

“Araz-Naxçıvan” liderə qalib gəldi

21:42

“Ordu” “Neftçi”yə qalib gəldi

21:37

“Səbail”dən darmadağın

21:07

Millimiz FIFA reytinqində ili 74-cü pillədə başa vurdu

20:43

UEFA 6-cı turun ən yaxşılarını açıqladı

20:18

Azərbaycan çempionatı start götürdü

19:36

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Lənkəran” klubunun şikayətini təmin etmədi

19:18

Alonso üçün son şans: “Alaves”lə oyun

18:16

Turun ilk oyununda “Quba” sevindi

17:32

Yarımçıq dayandırılan “Qəbələ” – “Turan Tovuz” oyunu ilə bağlı qərar verildi

16:41

ÇL-də mübarizənin vəziyyəti: Favoritlərin şansları açıqlanıb

16:08

Azarkeşlər üçün Tovuzdan önəmli xəbər

15:09

Millimizin rəqibləri müəyyənləşdi

14:11

Bu gün 6-cı turun daha üç oyunu baş tutacaq

13:56

9-cu tura bu gün start veriləcək

13:33

Bakıda ölkə çempionatı keçiriləcək

13:12

Kunde Çempionlar Liqasında bunu bacaran ilk “Barselona” futbolçusu oldu

12:44

"Üçüncü qol oyunun qırılma anı oldu" – Elvin Cəfərquliyev

12:24

Yüksək Liqada 10-cu turun oyunları keçiriləcək

12:09

Gənc boksçumuz AÇ-də növbəti mərhələyə yüksəldi

11:57

"Villa"da oynayan futbolçu "Liverpul"a geri dönəcək

11:37

3 boksçumuz Dünya Çempionatında yarımfinala yüksəlib

11:14

Sabiq "Sabah"lı Rusiya klubuna rəhbərlik edəcək

10:49

"Qarabağ" reytinqdə geriləyib

10:24

Benzema Səudiyyə klubundan ayrıla bilər

10:11

Qriliş "Siti"yə qayıdacaq?

09:49

Keyn "Bavariya" ilə bağlı qərarını verdi

09:34

"Fənərbağça"da avroliqa matçı öncəsi ciddi itki

09:06

ÇL: VI tur başa çatdı

00:40

"Sanki "Ayaks"ın əvvəlki 5 oyunda alınmadığı bu matçda alındı" – Qurban Qurbanov

00:13

"Bilirdik ki, "Qarabağ"ın çətinlik çəkdiyi mövqe haradadır" – "Ayaks"ın baş məşqçisi

23:45

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

20:38

"Qarabağ" – "Ayaks": START HEYƏTLƏR

20:30

Bakıda akrobatika və aerobika gimnastikası üzrə yarışlar keçiriləcək

20:01

Futzal turnirinə start verildi

19:43

UEFA Region Kubokunda rəqiblər bəlli oldu

19:28

Azərbaycan birinciliyi keçiriləcək

18:36

Psixoloji mübarizədən "Qarabağ" qalib ayrıla biləcək? – MÜTƏXƏSSİS RƏYİ

18:17

Saprindən proqnoz: “Ayaks”ın itkiləri Bakıda işini çətinləşdirəcək

17:32

“Mingəçevir” “Cəbrayıl”ı, MOİK “Şimal”ı məğlub etdi

17:14

“D” kateqoriyalı məşqçi kurslarına start verilib

16:49

“Bavariya”nın 17 yaşlı futbolçusu ÇL-də tarix yazdı

16:11

“Ayaks” “Qarabağ”ı Bakıda məhv etdi: 0:8

15:53

Azərbaycan millisi Bolqarıstan, Litva və Malta ilə eyni qrupda

15:23

“Sabah” ÇL-də ilk qələbəsini qazandı

15:07

Alisson İtaliya nəhənginin maraq dairəsində

14:23

Millimizin AÇ-dəki rəqibləri müəyyənləşdi

14:09

Roi Kehat özünü xoşbəxt hiss edir – AÇIQLAMA

13:29

Millimiz Şimali İrlandiya və Litva ilə qarşılaşacaq

13:07

"Neftçi" azarkeşlərinə görə cəzalandırıldı

12:56

AFFA İK bir neçə klubu cəzalandırdı

12:29

Bizon Kubokunda 1/8 final sonrası cəzalar – Kimlərə və niyə?

12:07

“Liverpul”un baş məşqçi postuna daha iki namizəd bəlli olub

11:58

8 boksçumuz Avropa Çempionatının 1/4 final mərhələsində döyüşəcək

11:43

“Qarabağ”ın oyununa qanunsuz bilet satan şəxslər saxlanıldı

11:10

"Qalatasaray"da ciddi itki

10:56

Avropa Çempionatında çıxış edəcək boksçularımızın rəqibləri bəlli olub

10:15

Lukaku yaşıl meydanlara geri dönür

09:55

"Kəpəz"də 100-cü

09:33

"İnter"də 2 ciddi itki

09:08

ÇL: "Qalatasaray" səfərdə məğlub oldu, "Liverpul" Milandan 3 xalla qayıdır

00:27

Ertem Şener “Qarabağ” – “Ayaks” oyununda şərhdə olacaqmı? – ÖZÜ AÇIQLADI

23:29

"Referinin çox uzun müddət bu barədə düşünməsi..." – "Sumqayıt"ın məşqçisi