İspaniyanın "Barselona" klubu heyətini yeni hücumçu ilə gücləndirmək niyyətindədir.
Sport1.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Kataloniya təmsilçisi polşalı Robert Levandovskiyə əvəzedici axtarır. La Liqanın hazırkı liderinə Viktor Osimhen və Duşan Vlahoviç təklif olunub.
Polşalı forvardın kataloniyalılarla müqaviləsi gələn ilin yayında bitəcək. Robertin 36 yaşı olduğunu nəzərə alsaq, "Barsa"nın onunla yollarını ayırmaq ehtimalı yüksəkdir. Nəticədə komanda 25 yaşlı Vlahoviç və ay 26 yaşlı Osimhenlə maraqlanır.
Qeyd edək ki, Duşan gələn il müqaviləsi başa çatacaq "Yuvetus"dan ayrılmaq niyyətindədir. Viktorun isə "Napoli" rəhbərliyi işləri qaydasında deyil. Əbəs yerə deyil ki, o, icarə əsasında "Qalatasaray"da çıxış edir.
Sport1.az