15:15 30.05.2025 122

Frank De Bleker: “Hazırkı hakimlər qrupuna inamım böyükdür”

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker AFFA-nın mətbuat xidmətinin suallarını cavablandırıb.

Sport1.az xəbər verir ki, o müsahibəsində hakimlərimizin Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümündəki idarəçiliyini dəyərləndirib:

- Hakimlərimizin Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümündəki idarəçiliyini necə qiymətləndirirsiniz?
- Geridə qalan mövsümdə hakimlərimizin çıxışlarından məmnun və pozitiv hisslərlə baxıram. Onların mövsümün əvvəlindən sonuna qədər inkişaf etdiklərini gördüm. Meydanda şəxsiyyətə malik hakimlər var idi, oyunçulara və məşqçilərə qarşı yaxşı, insani davranış nümayiş etdirdilər. Meydandakı iştirakçılara hörmətlə yanaşdılar. Məşqçinin reaksiyasına görə ucuz sarı vərəqələr verilməsini istəmirəm. Yalnız açıq-aşkar etiraz və jestlər üçün sarı vərəqənin göstərilməsinin tərəfdarıyam. Hakimlər bunu bütün mövsüm ərzində hörmətlə qorudular.

- Futbolda hakim səhvi qaçılmazdır. Bunun minimuma endirilməsi yönündə nə kimi işlər görülür?
- Təbii ki, qərarlar ətrafında müzakirələr aparılır. Çünki hər vəziyyət ağ və ya qara deyil, bəzən ikisinin ortasında olur. Bəzən qarşısını ala biləcəyimiz səhvlər etdik. Amma ümumilikdə hakimlər və VAR bu mövsüm Premyer Liqada keçirilən 180 oyunda yaxşı təsir bağışladılar. Düzgün qərarlar qəbul etdikdə etibarlılıq və inam yüksək olur. Futbol dəqiq elm deyil, ona görə də futbola sevgi bəsləyən hər kəs tərəfindən dəstəklənməliyik. Qaydalar hər zaman izah oluna bilər.

- Hakimlərdən əsas tələbləriniz nələr idi?
- Müdaxilə xəttini yüksək təyin etdik, ucuz penaltilər istəmədik, kiçik kontaktlar üçün VAR müdaxilələri olmaz. UEFA-nın təlimatlarına əməl etdik. Deməliyəm ki, hakimlər mövsüm ərzində bu təlimatlara hörmətlə yanaşdılar. Eyni zamanda VAR-ın məntiqli və aydın qərarlar qəbul etməsini istəyirəm. Hər kəsin başa düşəcəyi qərarlar olmalıdır. Buna görə də hakim mütləq meydanda öz qərarlarını verməlidir. UEFA və FIFA da bunu istəyir. Hakim meydanda məsuliyyəti öz üzərinə götürməlidir. Bunun üzərində hər həftə işlədik. İnanın ki, Premyer Liqa bizim hakimlər üçün asan yarış deyil. Matçı uğurla başa çatdırmaq istəyirsənsə, daim diqqətli olmalısan.

- Hakimlərin mövsüm ərzində inkişafı sizi qane etdi?
- Hər bir hakimin mövsüm ərzində irəlilədiyini gördüm. Oyunsonrası fərdi rəy aldıqları həftəlik texniki sessiyalar üzərində ciddi işlədik. Bazar ertəsi və ya çərşənbə axşamı keçirilən texniki sessiyalarda bütün vəziyyətləri müzakirə etdik. Bunu çox ciddi və peşəkar şəkildə edirik. Bu, hakimləri daha da inkişaf etdirmək və onlara güvən vermək yoludur. Hazırkı hakimlər qrupuna inamım böyükdür. Onlar hər gün öyrənməyə açıqdırlar. Bu yanaşma ilə gələcəyə ümidlə baxa bilərik.

- Bu mövsüm daha bir hakimimiz I kateqoriyaya yüksəldi. Bu, gələcək üçün nə vəd edir?
- Bu baxımdan böyük irəliləyiş əldə etdik. Azərbaycan tarixində ilk dəfə UEFA I kateqoriyada iki hakimimiz var - Əliyar Ağayev və Elçin Məsiyev. Elçin Məsiyev I kateqoriyaya ötən ilin dekabrında yüksəldi, iyunda Slovakiyada keçiriləcək U-21-lər arasında Avropa çempionatının final mərhələsinə təyinat aldı. Bu, UEFA-nın ən böyük ikinci turniridir. Məsiyev iki köməkçisi (Elşad Abdullayev və Pərvin Talıbov) ilə birlikdə bacarıqlarını göstərəcək. Üçüncü FIFA referimiz Kamal Umudlu hazırda Albaniyada davam edən U-17-lər arasında Avropa çempionatında hakimlik edir. O, qrup mərhələsində Albaniya - Almaniya matçını idarə etdi. Bunlar Kamal Umudluya UEFA-nın müsbət siqnallarıdır. Ən təcrübəli FIFA hakimimiz Əliyar Ağayev isə UEFA tərəfindən Çempionlar Liqasının iki oyununa təyin olundu. İyunda da dünya çempionatının seçmə mərhələ matçında hakimlik edəcək.

- FIFA hakimlərimizin sayının artması nə dərəcədə real görünür?
- Azərbaycan beynəlxalq arenada tanınır. 4 beynəlxalq hakimimizin olmasını təmin etmək üçün əlimdən gələni edəcəyəm. Tural Qurbanov UEFA-nın CORE layihəsinə daxil edilib. FIFA referisi olmayan gənc və perspektivli hakimlər bu layihə çərçivəsində şəxsi məşqçidən təcrübə qazanmaq imkanı əldə edirlər. Yan xətt hakimi Asiman Əzizli də UEFA CORE layihəsində iştirak edir.

- AFFA Hakimlər Komitəsi hakimlərimizin beynəlxalq arenada daha böyük təyinatlar alması üçün nə kimi işlər görür?
- UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers fevralda Azərbaycana gəldi. O, hakimlərimiz üçün seminar keçdi, beynəlxalq futbol və hakimlik mövzusunda mühazirə verdi, həmçinin mətbuata öz fikirlərini bildirdi. Bu əlaqələr hakimlərimiz üçün çox vacibdir. AFFA hakimliyi ilə yeni yol tutmuşuq. UEFA-nın beynəlxalq futbol qaydalarına əməl edirik. Yalnız bu şəkildə böyük futbol ölkələri ilə əlaqə qura bilərik. Doğru yoldayıq.

- Sizcə, hakimlərimiz əsasən nədə diqqətli olmalıdırlar?
- Matçlarda ardıcıl olmalıyıq. Ardıcıl qərarlar hər məşqçinin hakimdən tələb etdiyi əsas məsələdir. Lakin hər vəziyyət fərqlidir, ona görə də bunu izləmək çətindir. Biz bu sahədə inkişaf edə bilər və daha yaxşısını bacararıq. Bundan başqa, bəzi anlarda oyunu daha yaxşı hiss edə bilərik. Bu, həmçinin klubların və məşqçilərin istəyidir. Mən bunu anlayıram. Ancaq hamı bilməlidir ki, bunun üzərində hər gün işləyirik. Eynən məşqçinin hər gün komandasını hazırladığı kimi. Bu səbəbdən hakimlərə dəstək olmaq lazımdır.

- Gələn mövsüm gənc hakimlərin Premyer Liqa oyunlarına təyinat almaları gözlənilirmi?
- Elit kateqoriyada olan hakimlər 2025/2026-cı illər mövsümündə Premyer Liqada təyinat alacaqlar. Bu siyahıya bəzi gənc hakimlərin də daxil edilməsi planlaşdırılır.

- Mayın 31-də Azərbaycan kubokunun final oyunu keçiriləcək. Bununla hakimlərimiz üçün də 2024/2025-ci illər mövsümü başa çatacaq...
- Qarşıda çox vacib oyun var. Hakimlər bu qarşılaşmanın hazırlığını matçdan bir gün əvvəl edəcək. Onlar tam peşəkar şəkildə hazırlaşacaqlar ki, yaxşı çıxış etsinlər. Hər zaman deyirəm ki, hakim görünməz olanda, deməli, oyunu yaxşı idarə edib. Kubokun finalı üçün də hakimlərimizə eyni şeyi arzu edirəm. Ardından isə istirahət etmək və yeni mövsümə güc toplamaq lazım gələcək. Avqustda başlayacaq yeni yarışa hazırıq!
Xəbərlər
Kamal Umudlu Avropa çempionatının oyununu idarə edəcək Kamal Umudlu Avropa çempionatının oyununu idarə edəcək
Kamal Umudlu Avropa çempionatının final mərhələsində
Videolar
Hadisələri telegramda anında izləyin!
Keçid et
Oxşar xəbərlər

XƏBƏR LENTİ

23:37

PSJ Qitələrarası Kubokun finalında “Flamenqo” ilə qarşılaşacaq

23:20

Arbeloa “Real”ın əsas komandası ilə bağlı xəbərlərə aydınlıq gətirdi

22:35

Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatdı

22:13

2 boksçumuz AÇ-nin yarımfinalında

21:49

Salah Premyer Liqada Runinin rekordunu qırdı

21:29

Azərbaycan çempionatlarında 2-ci turun oyunları keçirilib

20:51

Bernardo Silva futbolu bitirdikdən sonra nə edəcəyini açıqladı

20:26

"Neftçi" Rusiya klubu ilə əməkdaşlıq edəcək

19:12

"Bu, utancvericidir" – Berdiyev

18:54

"Bu cür meydançalarda futbolçuların inkişaf etməsi mümkün deyil" – Dambrauskas

18:46

"Şamaxı" və "Sabah"dan qələbə - YENİLƏNİB

17:51

Emre Mor Super Liqada klubunu dəyişə bilər

16:58

Ayxan Abbasov: "Əvvəl onu ələ salırdılar, indi isə qol vurur, milliyə dəvət alır" - MÜSAHİBƏ

16:23

Rəşad Sadıqov hücumda yaranan problemləri bununla əlaqələndirdi - AÇIQLAMA

15:50

Benzema mundialda çıxış etmək istəyir

15:26

"Yunayted" qışda onu göndərməyi planlaşdırır

14:48

Alonsonun istefası halında Zidan “Real”a qayıdacaqmı?

14:33

Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar

13:56

"Qalatasaray" Braziliya millisinin üzvü ilə maraqlanır

13:47

Azərbaycan çempionatında növbəti mükafatçılar bəlli oldu

13:07

"Şamaxı" – "Zirə": HEYƏTLƏR

12:56

Yuri Vernidub "Neftçi" azarkeşlərinə səsləndi - MÜSAHİBƏ

12:14

"İnter Mayami" argentinalı futbolçunu birbaşa transfer edəcək

11:44

İngiltərə nəhəngləri "Leypziq"in ulduzu ilə maraqlanır

11:12

"Real"ın hücumçusu Bundesliqa klubuna yollana bilər

09:44

Morata yaşıl meydanlardan uzaq qalacaq

09:13

Sabiq "Çelsi"li karyerasını başa vuracaq

01:41

Millinin məşqçisi uşaq futbolçulara qeyri-etik jest edib - ŞOK İDDİA

23:44

“Ordu” və NTD-dən qələbə

23:14

Mbappenin PSJ ilə bağlı apellyasiya şikayəti rədd edildi

22:41

Azərbaycanın 4 boksçusu AÇ-nin 1/4 finalında

22:17

Məşhur futbolçu ürəyindəki problemə görə karyerasını bitirir

22:08

Haaland niyə Ronaldonu və Messini bütün futbolçular üçün nümunə sayır?

20:37

La Liqada bazar dəyəri ən çox düşən futbolçular açıqlandı

20:03

Azərbaycan millisi DÇ-də 16 idmançı ilə təmsil olunur

19:39

Messi rəqibindən üzr istəməsini tələb edib

19:21

Morata uzun müddət yaşıl meydanlardan uzaq qalacaq

18:33

Premyer Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

18:07

Salahın heyətdən kənarda qalması ilə bağlı qərarı kim verdi? – SLOT AÇIQLADI

17:52

AFFA Əliyar Ağayevlə Kamal Umudlunun səhvini etiraf etdi – VİDEO

17:28

AFFA rəsmisi Gəncə və “Turan Tovuz” futbol akademiyalarına səfər ediblər – FOTOLAR

17:02

“Atletiko”nun hücumçusu “Barselona” iddialarına reaksiya verdi

16:53

İngiltərədə ayın ən yaxşı baş məşqçisi açıqlandı

16:32

AFFA rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib

16:13

DÇ: Daha bir boksçumuz finala yüksəldi

15:17

“Qarabağ”dan qış planı: Yalnız bir şərtlə ayrılıq mümkündür

15:11

Təxirə salınmış oyuna təyinatlar açıqlandı

14:46

 “Araz-Naxçıvan”ın üzvü əməliyyat olundu

14:30

Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi

13:36

Bu klub “Qarabağ”a futbolçu transferi üçün rəsmi təklif göndərdi

13:14

“Real” Vinisiusa yeni müqavilə ilə bağlı ultimatum verib

12:51

Turun daha iki oyunu keçiriləcək

12:03

Ançelotti “Qarabağ”ın futbolçusunu istəyir

11:36

"Qarabağ" bu göstəriciyə görə ÇL-da dördüncüdür

11:18

DÇ: Bir boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

10:54

Saşa Boe Premyer Liqaya gedə bilər

10:39

Türkiyəli qapıçı Avropa Liqasının tarixinə keçdi

10:05

Portuqaliyalı qapıçı karyerasını başa vurub

09:52

"Barselona"da yeni müqavilə

09:24

ÇL: Həftənin ən yaxşı oyunçusu bəlli olub

09:03

Taliska "Fənərbağça"da bunu bacaran ilk oyunçu oldu

23:11

Vüqar Həşimov Memorialının qalibi müəyyənləşdi

22:34

“Naxçıvan” “Sərhədçi” üzərində qələbə qazandı

22:19

“Araz-Naxçıvan” liderə qalib gəldi

21:42

“Ordu” “Neftçi”yə qalib gəldi

21:37

“Səbail”dən darmadağın

21:07

Millimiz FIFA reytinqində ili 74-cü pillədə başa vurdu

20:43

UEFA 6-cı turun ən yaxşılarını açıqladı

20:18

Azərbaycan çempionatı start götürdü

19:36

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Lənkəran” klubunun şikayətini təmin etmədi