Bernardo Silva karyerasını Türkiyədə davam etdirə bilər.Sport1.az xəbər verir ki, portuqaliyalı ilə "Qalatasaray" yaxından maraqlanır.
30 yaşlı yarımmüdafiəçinin "Mançester Siti" ilə müqaviləsi gələn il başa çatacaq. Buna rəğmən, İstanbul təmsilçisi futbolçunun agenti ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Bernardo Silva bu mövsüm 49 matçda meydana çıxıb. O, bu görüşlərdə 5 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az