Argentinalı futbolçu böyük klubların maraq dairəsindədir.
Sport1.az xəbər verir ki, "Brayton"la 2028-ci ilə qədər müqaviləsi olan Fakundo Buonanottelə "Borussiya Dortmund" və "Lion" klubları maraqlanır. 20 yaşlı yarımmüdafiəçinin transfer dəyəri 20 milyon avrodur.
Qeyd edək ki, ötən mövsüm "Lester Siti"də icarə əsasında çıxış edən oyunçu 35 oyunda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az