“Mançester Yunayted”in sabiq futbolçusu Eşli Yanqın yeni klubu müəyyənləşib.
Sport1.az xəbər verir ki, o, “İpsviç Taun”a keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 40 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Eşli Yanqın son klubu “Everton” olub.
“İpsviç Taun” yeni mövsümdə İngiltərə Çempionşipində mübarizə aparacaq.
Sport1.az