"Antalyaspor" ingiltərəli yarımmüdafiəçi ilə maraqlanır.
Sport1.az xəbər verir ki, "Trabzonspor"un dayaq yarımmüdafiəçisi Con Lundstram digər Super Liqa klubu "Antalyaspor"un maraq dairəsinə düşüb. 31 yaşlı ingiltərəli futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Transfer dəyəri 2,8 milyon avro olan Lundstram ötən mövsüm 44 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az