"Sinsinnati"nin üzvü Evander karyerasını Türkiyədə davam etdirə bilər.Sport1.az xəbər verir ki, brazilyalı ilə "Qalatasaray" yaxından maraqlanır. Komandası ilə 2027-ci ilin dekabrına qədər müqaviləsi olan yarımmüdafiəçinin transfer dəyəri 14 milyon avrodur.
Qeyd edək ki, Evander bu mövsüm çıxdığı 19 oyunda 9 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az