Jeremi Boqa karyerasını Türkiyədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, hazırda "Nitsa" klubunun şərəfini qoruyan 28 yaşlı futbolçunun keçidi ilə "Trabzonspor" yaxından maraqlanır. Sol cinah vingerinin hazırda transfer dəyəri 10 milyon avrodur.
Qeyd edək ki, Boqa bu mövsüm çıxdığı 24 oyunda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az