"Liverpul" Ben Doak ilə yollarını ayıra bilər.
Spor1.az xəbər verir ki, bu mövsümü icarə əsasında "Midlsbro"da keçirən futbolçu ilə Premyer Liqanın başqa klubu maraqlanır.
Söhbət "Everton"dan gedir. 19 yaşlı sağ vingerin transfer dəyəri 14 milyon avrodur.
Qeyd edək ki, şotlandiyalı ötən mövsüm meydana çıxdığı 24 oyunda 3 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az