“Qlazqo Reyncers” Xamza İqaman ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, Şotlandiya təmsilçisi ilə 2029-cu ilin yayına qədər müqaviləsi olan Xamza İqamana altı müxtəlif klubdan təklif var. 22 yaşlı mərakeşli hücumçu ilə “Feyenord”, “Everton”, “Lill”, “Latsio”, “Marsel” və “Vest Hem Yunayted” yaxından maraqlanır. Onun hazırkı transfer dəyəri 7 milyon avro olaraq göstərilir.
Qeyd edək ki, Xamza İqaman ötən mövsüm “Qlazqo Reyncers”in heyətində 46 oyuna çıxaraq 16 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az