son dəqiqə SON DƏQİQƏ
Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ●

Suares və Messi birlikdə yeni klub yaratdılar

Bölmə adı ---
Yayımlandı 28-05-2025, 10:10

Luis Suares və Lionel Messi futbol klubu yaradıblar.

Sport1.az xəbər verir ki, yeni klubun adı “Deportivo LSM” olub, bu ad "İnter Mayami" klubunun futbolçularının (Luis Suares, Messi) adlarının baş hərflərindən təşkil olunub. Komanda Uruqvayın dördüncü liqasından çıxışlarına başlayacaq.

Klubun yaradılması barədə Suares şəxsi Twitter səhifəsində video paylaşaraq məlumat verib. Həmin videoda o və Messi layihə haqqında danışırlar.

Luis Suares:

“Mən sevdiyim və uşaqlıqda yetişdiyim Uruqvay futboluna, gənclərə və uşaqlara inkişaf etmələri üçün imkanlar və vasitələr təqdim etmək istəyirəm. Buna görə də biz AUF (Uruqvay Futbol Assosiasiyası) çərçivəsində çıxış etməyə başlamaq istəyirik. Bu, mənim və ailəm üçün önəmli addımdır və inandığımız bir layihənin başlanğıcıdır.”

Lionel Messi:

“Uşaqlıqdan çox şeyi birlikdə yaşadıq, futbolun elitasında təcrübə qazandıq. Bu səbəbdən bu gün sizə dostumu və tərəfdaşımı təqdim etmək istəyirəm. Bu layihə, futbol baxışlarımızı paylaşmağa davam etmək üçün ideal bir məkandır.”

Bu klubun məqsədi Uruqvay futboluna töhfə vermək, gənc istedadların inkişafı üçün platforma yaratmaqdır.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR