"Transfermarkt" internet portalı ən bahalı futbolçularından ibarət rəmzi komandanı açıqlayıb.
Sport1.az xəbər verir ki, heyətdəki 11 oyunçudan 1-i qapıçı, 3-ü müdafiəçi, 3-ü yarımmüdafiəçi, 4-ü hücumçudur.
Qiymətlər qapıçıdan hücumçuyadək artan xətt üzrə bahalaşır.
Qapıçı: Qreqor Kobel ("Borussiya Dortmund", Almaniya) - 40 milyon avro
Müdafiəçilər: Vilyam Saliba ("Arsenal", İngiltərə) — 80 milyon avro, Alessandro Bastoni ("İnter", İtaliya) — 80 milyon avro, Qabriel Maqalyans ("Arsenal", İngiltərə) — 75 milyon avro
Yarımmüdafiəçilər: Federiko Valverde ("Real Madrid", İspaniya) — 130 milyon avro, Cud Bellingem ("Real Madrid", İspaniya) — 180 milyon avro, Florian Virts ("Bayer Leverkuzen", Almaniya) — 140 milyon avro
Hücumçular: Kilian Mbappe ("Real Madrid", İspaniya) — 170 milyon avro, Lamin Yamal ("Barselona", İspaniya) — 180 milyon avro, Vinisius Junior ("Real Madrid", İspaniya) — 200 milyon avro, Erlinq Holann ("Mançester Siti", İngiltərə) — 200 milyon avro.
Sport1.az