“Seltik” Dayzen Maeda ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, Şotlandiya klubunun 2027-ci ilin mayına qədər müqaviləsi olan yaponiyalı hücumçusuna İngiltərənin “Brentford” komandası maraq göstərir. 27 yaşlı sol cinah oyunçusunun hazırkı transfer dəyəri 15 milyon avro qiymətləndirilir.
Ötən mövsüm Dayzen Maeda “Seltik”in heyətində 51 matçda iştirak edib, 33 qol vurub və 12 məhsuldar ötürmə ilə fərqlənib.
Sport1.az