UEFA bilet satışından ən çox pul qazanan ölkə çempionatlarının siyahısını açıqlayıb.Sport1.az xəbər verir ki, ilk onluğa daxil olan ölkələr bunlardır:
1) İngiltərə – 995 milyon avro;
2) İspaniya – 580 milyon avro;
3) Almaniya – 519 milyon avro;
4) İtaliya – 425 milyon avro;
5) Fransa – 421 milyon avro;
6) Niderland – 178 milyon avro;
7) Şotlandiya – 130 milyon avro;
8) Belçika – 100 milyon avro;
9) İsveçrə – 94 milyon avro;
Azərbaycanda da çoxlu azərkeşi olan
Türkiyə Super Liqası stadionlara gələn tamaşaçılardan 87 milyon avro qazanıb və onluğun sonuncu pilləsində qərarlaşıb.
Qeyd edək ki, Rusiya klubları 2022-ci ilin fevral ayından etibarən FIFA və UEFA-nın qərarı ilə beynəlxalq turnirlərdən uzaqlaşdırılıblar. Bu amil 52 milyon avro qazancla onluğa daxil ola bilməyən Rusiya çempionatına təsirsiz ötüşməyib.
Sport1.az