"Nürnberq"dəki performansı ilə diqqətləri üzərinə çəkən Mahir Emreli daha bir Türkiyə klubunun "radarı"na düşüb.Sport1.az xəbər verir ki, millimizin hücumçusu ilə "Beşiktaş" maraqlanır.
55 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan "qara qartal" avrokuboklar üçün qurduğu iddialı heyətə Mahiri də əlavə etməyi planlaşdırır.
Təcrübəli hücumçumuz İstanbul klubu ilə yanaşı daha öncə xəbər verdiyimiz kimi "Samsunspor"un da diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, "Nürnberq" bu gün Emreli ilə mövsümün sonunda müqavilənin uzadılmayacağını açıqlayıb.
Sport1.az