İngiltərənin U-21 millisinin və "Sauthempton"un futbolçusu Tayler Diblinq Premyer Liqada klubunu dəyişə bilər.
Sport1.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
"Mançester Siti" 19 yaşlı cinah oyunçusu ilə maraqlanır. "Şəhərlilər" bu onu transfer etməyi planlaşdırır.
"Sauthempton" öz akademiyasının yetirməsi ilə yollarını ayırmağa hazırdır. Bununla belə, tələb olunan transfer haqqı 118 milyon avro təşkil edir ki, bu da potensial alıcılar üçün çətinlik yaradır.
Qeyd edək ki, Tayler Diblinq bu mövsüm "Sauthempton"un heyətində bütün turnirlərdə 30 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Sport1.az