İtaliyanın "İnter" klubu Fransa təmsilçisi "Lill"də çıxış edən Conatan Deyvidi heyətinə qatmaq niyyətindədir. Sport1.az xəbər verir ki, mövsümün sonunda Liqa 1 klubu ilə müqaviləsinin müddəti başa çatacaq 25 yaşlı hücumçu azad agent kimi Milana yollana bilər.
"Lill" Deyvidi 2020-ci ildə "Gent"dən 27 milyon avroya alıb.
Qeyd edək ki, Kanada millisinin üzvü bu mövsüm "Lill"in heyətində iştirak etdiyi 41 rəsmi matçda 23 qol, 10 assistlə yadda qalıb.
Sport1.az