"Qarabağ"ın sabiq üzvü Luka Quqeşaşvili Yunanıstanda komandasını dəyişə bilər. Sport1.az xəbər verir ki, hazırda "Panserraikos"da çıxış edən gürcüstanlı ilə PAOK yaxından maraqlanır.
Saloniki təmsilçisi oyunçunun keçidi ilə bağlı ilkin razılıq əldə edib.
Qeyd edək ki, 25 yaşlı qapıçının "Panserraikos"la 30 iyun 2026-cı ilə qədər müqaviləsi var.
Sport1.az