“Arsenal” növbəti mövsüm üçün ulduz futbolçunun transferinə hazırlaşır.Sport1.az xəbər verir ki, “topçular” Markus Reşford ilə yaxından maraqlanır. Bu barədə “Mirror” nəşri məlumat yayıb.
London klubunun yay “transfer pəncərəsi”ndə təcrübəli hücumçu üçün “Mançester Yunayted”ə təklif göndərəcəyi qeyd olunub.
Xatırladaq ki, Reşford icarə əsasında “Aston Villa”nın formasını geyinir. Onun icarə müddəti mövsümün sonunda başa çatacaq.
Sport1.az