İnzaqinin transfer prioriteti məlum olub.
Sport1.az xəbər verir ki, İtaliyanın "İnter" klubu "Komo"nun futbolçusu Niko Pazı ilk yay transfer hədəfi kimi görür. Artıq vitse-prezident Xavyer Zanetti argentinalı yarımmüdafiəçinin atası Pablo ilə danışıqlar aparır.
"Tuttosport"un məlumatına görə, "göy-qaralar"ın baş məşqçisi İnzaqi gələn mövsümdə Niko Paz ilə işləməyi səbirsizliklə gözləyir. 20 yaşlı vunderkind ötən yay "Real"dan transfer edilsə də, Madrid klubu mövsümün sonunda və ya 2026-cı ildə onu geri almaq hüququna malikdir.
"Kral klubu"nun baş məşqçisi Karlo Ançelotti artıq argentinalı oyunçu haqqında yüksək fikirlər səsləndirib, lakin Madrid klubunun yayda bu klauzulanı aktivləşdirib-aktivləşdirməyəcəyi hələ bəlli deyil.
Qeyd edək ki, Niko Paz, "Komo" ilə keçirdiyi 25 A Seriyası oyununda altı qol vurub və beş assist edib. Bu da onu liqanın ən perspektivli istedadlarından birinə çevirib.
Sport1.az