"Reims" fransalı yarımmüdafiəçi ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, 2027-ci ilə qədər müqaviləsi olan futbolçu ilə "Strazburq" maraqlanır. 19 yaşlı oyunçunun hazırkı transfer dəyəri 10 milyon avrodur.
Qeyd edək ki, Atanqana ötən mövsüm meydana çıxdığı 41 oyunda 1 qolla yadda qalıb.
Sport1.az