Almaniyanın "Ayntraxt Frankfurt" klubunun oyunçusu Aurelio Butanın yeni mövsümdə harada çıxış edəcəyi maraqla gözlənilir.
Sport1.az xəbər verir ki, gələn mövsümün sonunda müqaviləsi başa çatan futbolçu ilə Yunanıstanın "Panathinaikos" klubu maraqlanır. 28 yaşlı sağ cinah müdafiəçisinin hazırda transfer dəyəri 5 milyon avrodur.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında Fransanın "Reims" klubunda keçirən portuqaliyalı 31 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az