Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb. D qrupunda yer alan komandamız Parisdə Fransa yığmasının qonağı olub. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.Sport1.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:
"Oyunun çətin keçəcəyini dünən də bilirdik. Rəqibin necə ciddi hazırlaşdığını da gördük. Azarkeş dəstəyi də var idi, ilk dəqiqələrdən pressinq etdilər. Birinci hissənin son dəqiqəsində qol buraxdıq. Bəlkə dözə bilsəydik, rəqib ikinci hissə daha da üstümüzə gələcəkdi. Rəqibin ustalığı yüksək səviyyədə idi. Oyunçularım əzmkarlıq göstərdi. Bu da vacibdir. İstək və vacib olduqdan sonra gələcəkdə daha rahat olacaq. Bu komandalarla oynayaraq, təcrübə yığmaq lazımdır. Futbolçularıma əzmkarlığa görə təşəkkür edirəm. Üç gündən sonra daha çətin oyun gözləyir bizi. Ukrayna ilə oyuna hazırlaşacağıq. Allah qoysa, davam edəcəyik".
Sport1.az