"Fənərbağça"nın futbolçusu Oqnen Mimoviç üçün yay transfer pəncərəsi çox hərəkətli keçə bilər.
Sport1.az xəbər verir ki, 2029-cu ilə qədər müqaviləsi olan serbiyalıya "Volfsburq", "Xofenhaym", "Rayo Valyekano" və "Verder Bremen" maraq göstərir. Müdafiəçinin transfer dəyəri 3,5 milyon avrodur.
Qeyd edək ki, ötən mövsümün ikinci yarısını icarə əsasında "Zenit"də keçirən Mimoviç 25 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az