Fransalı futbolçunun digər nəhəng klublarla adı hallanır.
Sport1.az xəbər verir ki, 2029-cu ilə qədər müqaviləsi olan "Çelsi"nin forvardı Kristofer Nknunku ilə "Bavariya" və "İnter" klubları maraqlanır. 27 yaşlı futbolçunun transfer dəyəri 35 milyon avrodur.
Qeyd edək ki, Nknunku ötən mövsüm 48 oyunda 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az