"Qalatasaray" müdafiəçisi Karlos Kuesta ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, 2028-ci ilə qədər müqaviləsi olan futbolçu ilə "Spartak Moskva" maraqlanır. 26 yaşlı kolumbiyalı müdafiəçinin hazırkı transfer dəyəri 7 milyon avrodur.
Qeyd edək ki, Kuesta ötən mövsüm 22 oyunda 1 qolla yadda qalıb.
Sport1.az