Cənubi Koreya millisinin hücumçusu Son Hın Min milli komanda üçün keçirdiyi oyunların sayında rekord müəyyənləşdirib.Sport1.az xəbər verir ki, oktyabrın 10-da 33 yaşlı futbolçu Braziliyaya qarşı keçirilən yoldaşlıq oyununda (0:5) meydana çıxıb. Bu matç onun yığma forması ilə 137-ci oyunu olub. O, 136 oyun keçirmiş Çxa Bom Qın və Xon Men Bonu geridə qoyub.
Avqust ayında Son Hın Min İngiltərənin “Tottenhem” klubundan ABŞ-ın MLS liqasında çıxış edən “Los-Anceles”ə transfer olunub.
Sport1.az