Misli Premyer Liqasında 35-ci turunun maraqla gözlənilən oyunlarından biri "Neftçi Arena"da baş tutacaq.Sport1.az xəbər verir ki, zəhmətkeş "neftçilər" əzmkar "dənizçilər"i qəbul edəcək.
Görüş artıq aşağı liqaya düşəcəyi dəqiqləşən qonaqlar üçün formal xarakter daşısa da, meydan sahiblərinin mövqeyini və 5-ci pilləyə yüksəlmək şansını qoruması üçün vacib əhəmiyyət daşıyır.
Bu tərəflər arasında 31-ci qarşılaşma olacaq. Öncəki oyunların 22-də "ağ-qaralar", 2-də isə qəsəbə təmsilçisi qələbə qazanıb. 6 görüşdə isə bərabərlik qeydə alınıb.
Bu oyuna qədər "Neftçi" rəqib qapısına 67 dəfə yol tapıb. "Səbail" isə buraxılan qollardan cəmi 19-nun əvəzini çıxa bilib.
Sonuncu qələbəsini yanvar ayında "Kəpəz" üzərində qazanan Elvin Məmmədovun komandası uzun müddətdir ki, qalibiyyətə həsrət qalıb. Sizcə, bu gün həsrət bitəcək?
Sport1.az