Bu gün Misli Premyer Liqasının 24-cü turu start götürəcək. Sport1.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutacaq. "Neftçi" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma "CBC Sport"da canlı yayımlanacaq.
Qonşu pillələrdəki komandaların dueli maraqla gözlənilir. Samir Abasovun "kimyaçılar"dan ayrılaraq flaqmana keçməsi görüşə olan diqqəti daha da artırır.
Sözsüz ki, matçın favoriti Bakı təmsilçisidir. "Neftçi" bu qarşılaşmada qələbə qazanaraq avrokuboklar zonasından uzaqlaşmaq niyyətində deyil.
"Sumqayıt"da isə vəziyyət yaxşı deyil. "Gənclik şəhəri" təmsilçisi qışdan sonra Premyer Liqada qol vura bilmir. Kollektiv 8 matçdır ki, rəqib qapısından top keçirməyi bacarmır. Vaqif Cavadovun komandası "Neftçi" ilə görüşdə bu sindromu qırmağı planlaşdırır.
Ümumiyyətlə, bu komandalar indiyə kimi 49 dəfə üz-üzə gəliblər. Bu görüşlərin 23-də "Neftçi" qələbə qazanıb. 15 oyunda isə sevinən tərəf "Sumqayıt" olub. 11 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Topların nisbətində də "ağ-qaralar" öndədir - 74:54.
Görüşlə bağlı maraqlı statistikalar var. Bakı təmsilçisi son 6 ev qarşılaşmasında fərqlənməyi bacarıb. "Sumqayıt" isə 5 oyundur ki, uduzmur. Bu qarşılaşmalarda da fərqlənməyi bacarıb.
"Neftçi" - "Sumqayıt"Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev
VAR hakimi: İnqilab Məmmədov
VAR hakiminin köməkçisi: Elşad Abdullayev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Neftçi Arena”. Saat 19:00.
Sport1.az