Misli Premyer Liqasında 33-cü turunun daha bir maraqla gözlənilən görüşü Mərdəkanda baş tutacaq.
Sport1.az xəbər verir ki, turnir cədvəlinin 3-cü pilləsində yer alan nominal meydan sahibləri 5-ci sırada qərarlaşan "Sabah"ı qəbul edəcək. Bu tərəflər arasında 8-ci qarşılaşma olacaq. Son görüşdə rəqiblər meydandan hərəyə iki qol vurmaqla sülh ilə ayrılıblar - 2:2.
Öncəki oyunların 1-də "ağ-qırmızılar", 3-də isə Masazır klubu qələbə qazanıb. 3 matçda isə bərabərlik qeydə alınıb.
Bu oyuna qədər Naxçıvan təmsilçisi "bayquşlar"ın qapısından 6 top keçirib. Qonaqlar da öz növbəsində 8 qol vurmaqla say nisbətində önə keçib.
"Araz-Naxçıvan" son 5 görüşdə "Sabah"a qalib gələ bilməyib. Sizcə, tilsim bu qarşılaşmada qırılacaqmı?
Sport1.az