Misli Premyer Liqasında 34-cü turun növbəti görüşündə "Səbail" "Zirə"ni qəbul edəcək.Sport1.az xəbər verir ki, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "dənizçilər" üçün qələbə qazanmaq xüsusi əhəmiyyət kəsb edir. Qəsəbə təmsilçisi liqada qalmaq ehtimallarını nəzəri də olsa saxlamaq üçün bu görüşdən qalib ayrılmalıdır. Artıq gümüş medalı təmin edən və lider "Qarabağ" ilə arasında 13 xal fərq olan "Zirə" üçün isə görüş formal xarakter daşıyır.
Bu tərəflər arasında 31-ci qarşılaşma olacaq. Son oyunda "qartallar" evdə minimal hesabla qalib gəlib - 1:0.
Öncəki oyunların 4-də meydan sahibləri qələbə qazanıb, 20-də isə qonaqlar 3 xala sevinib. 6 matçda isə bərabərlik qeydə alınıb.
Bu oyuna qədər "Səbail" rəqib qapısından 19 top keçirib. "Qara qartal" isə 44 qol vurmaqla buraxdığı topların əvəzini artığı ilə çıxıb.
"Zirə" "Səbail"ə qarşı son 4 oyunun hər birindən qalib ayrılıb. Sizcə, uğurlu seriyası bu gün də davam edəcək?
MURAD ABDULLAZADƏ
Sport1.az