Misli Premyer Liqasında 35-ci turunun maraqla gözlənilən görüşlərindən biri "Sumqayıt"da baş tutacaq.Sport1.az xəbər verir ki, yerli komanda "Turan Tovuz"u qəbul edəcək.
Ötən turda "Kəpəz"ə məğlub olmaqla 8-ci pilləni əldən verən "kimyaçılar" mövqelərinə geri dönmək üçün qalib gəlməyə çalışacaqlar. Tovuz təmsilçisi isə bürünc medal yolunda riyazi şanslarını saxlamaq üçün qalib gəlməlidir. "Boz qurd" mövsümün bitməsinə iki tur qalmış 3-cü pillədə yer alan "Araz-Naxçıvan"ın 6 xal gerisindədirlər.
Bu tərəflər arasında 12-ci qarşılaşma olacaq. Son oyunda Sumqayıt təmsilçisi səfərdə rəqibinin qapısından 2 top keçirməklə qələbə qazanıb - 1:2.
Öncəki oyunların 4-də meydan sahibləri qalib gəlib, 3-də isə qonaqlar 3 xala sevinib. 4 matçda isə bərabərlik qeydə alınıb.
Bu oyuna qədər "Sumqayıt" futbolçuları rəqib qapısına 15 dəfə yol tapıb. Tovuzlular isə buraxılan qollardan 13-nün əvəzini çıxa bilib.
"Sumqayıt" son 3 ev oyununda qalib gələ bilməyib. Sizcə, uğursuz seriyaya bu gün son qoyula biləcək?
Sport1.az