Misli Premyer Liqasında 34-cü turun növbəti görüşündə "Sumqayıt" "Kəpəz"i qəbul edəcək.Sport1.az xəbər verir ki, oyun xüsusilə Gəncə klubu üçün daha əhəmiyyətlidir. Çünki turnir cədvəlinin 9-cu sırasında yer alan "Kəpəz" qalib gələcəyi halda 30 xalla onlardan bir pillə yuxarıda qərarlaşan "Sumqayıt"ı geridə qoyacaq.
Bu tərəflər arasında 32-ci qarşılaşma olacaq. Son oyunda "kimyaçılar" evdə üç top fərqi ilə qələbə qazanıb - 3:0.
Öncəki oyunların 7-də meydan sahibləri qələbə qazanıb, 13-də isə qonaqlar 3 xala sevinib. 11 matçda isə bərabərlik qeydə alınıb.
Bu oyuna qədər "dağlılar" rəqib qapısından 29 top keçirib. Qonaqlar isə 40 qol vurmaqla buraxdığı topların əvəzini artığı ilə çıxıb.
Meydan sahibləri son 4 oyunda "Sumqayıt"a qalib gələ bilməyib. Sizcə, Gəncə təmsilçisi uğursuz seriyasına bu gün son qoya biləcək?
MURAD ABDULLAZADƏ
Sport1.az