Misli Premyer Liqasında 34-cü turun açılış oyununda "Sabah" "Şamaxı"nı qəbul edəcək.Sport1.az xəbər verir ki, "bayquşlar" 41 xalla 5-ci pillədə, "şirlər" isə 36 xalla 7-ci sırada qərarlaşıb. Hər iki komanda daha yuxarı mövqe üçün sərfəli nəticə əldə etməyə çalışacaq.
Bu tərəflər arasında 22-ci qarşılaşma olacaq. Son oyunda "Şamaxı" evdə minimal hesabla qalib gəlib - 1:0.
Öncəki oyunların 6-da Masazır təmsilçisi qalib gəlib, 8-də isə bölgə klubu qələbə qazanıb. 7 matçda isə bərabərlik qeydə alınıb.
Bu oyuna qədər meydan sahibləri rəqib qapısından 21 top keçirib. Qonaqlar isə 25 qol vurmağı bacarıb.
Paytaxt təmsilçisi son 3 oyunda şamaxılılara qalib gələ bilməyib. Sizcə, qələbə həsrəti bu görüşdə bitəcək?
Sport1.az