Misli Premyer Liqasında 33-cü turunun daha bir maraqla gözlənilən görüşündə "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək.Sport1.az xəbər verir ki, görüş artıq çempionluğunu təmin etmiş meydan sahibləri üçün formal xarakter daşıyır. Turnir cədvəlinin 8-ci sırasında qərarlaşan "Sumqayıt" üçün isə mövqeyini əldən verməmək və daha yuxarı pillələrdə yer almaq üçün vacib əhəmiyyət kəsb edir. Bu tərəflər arasında 51-ci qarşılaşma olacaq. Son oyunda "köhlən atlar" səfərdə iki cavabsız qolla qalib gəlib - 0:2.
Öncəki oyunların 38-də Ağdam klubu, 7-də isə "kimyaçılar" qələbə qazanıb. 5 matçda isə bərabərlik qeydə alınıb.
Bu oyuna qədər çempionarın şəriksiz lideri Sumqayıt təmsilçisinin qapısından 124 top keçirib. Qonaqlar isə bu qollardan cəmi 23-nün əvəzini çıxa bilib.
Qonaqlar son 5 görüşdə "Qarabağ"ın "çərçivəsi"nə ümumiyyətlə yol tapa bilməyib. Sizcə, sözügedən uğursuz seriyaya bu gün son qoyulacaq?
Sport1.az