Misli Premyer Liqasında 35-ci turun mərkəzi oyunu Zirədə baş tutacaq.Sport1.az xəbər verir ki, yerli komanda "Sabah"ı qəbul edəcək.
Görüş artıq gümüş medalı təmin edən meydan sahibləri üçün formal xarakter daşıyır. 44 xalla 5-ci sırada yer alan qonaqlar isə xal ehtiyatını artırmaqla 49 xalı olan "Turan Tovuz"a çatmaq üçün və ya mövqeyini 4 xal gerisində olan "Neftçi"dən qorumaq üçün sərfəli nəticə əldə etməlidir.
Bu tərəflər arasında 27-ci qarşılaşma olacaq. Tərəflər arasındakı son 2 oyunda 1:1 hesablı bərabərlik qeydə alınıb.
Öncəki 26 oyunun 8-də "qartallar" qalib gəlib, 10-da isə "bayquşlar" 3 xala sevinib. 8 matçda isə 90 dəqiqə sülhlə yekunlaşıb.
Bu oyuna qədər Zirə təmsilçisi rəqib qapısına 28 dəfə yol tapıb. Masazır klubu isə 31 qol vurmaqla buraxılan topların əvəzini artıqlaması ilə çıxıb.
"Zirə" 5 oyundur ki, heç bir komandaya məğlub olmur. Sizcə, "Sabah" bu uğurlu statistikaya son qoya biləcək?
Sport1.az