Misli Premyer Liqasında 33-cü turun maraqla gözlənilən görüşlərindən biri Şamaxıda baş tutacaq.Sport1.az xəbər verir ki, turnir cədvəlinin 7-ci pilləsində yer alan meydan sahibləri autsayder "Səbail"i qəbul edəcək. Bu tərəflər arasında 27-ci qarşılaşma olacaq. Son görüşdə bölgə təmsilçisi səfərdə iki cavabsız qolla qalib gəlib - 0:2.
Öncəki oyunların 8-də "şirlər", 9-da isə paytaxt klubu qələbə qazanıb. 9 matçda isə tərəflər meydandan sülhlə ayrılıb.
Bu oyuna qədər "Şamaxı" "dənizçilər"in qapısından 25 top keçirib. Qonaqlar da öz növbəsində 25 qol vurmaqla say nisbətini bərabərləşdirməyi bacarıb.
"Səbail"in bu oyundan başqa 3 matçının qaldığını nəzərə alsaq, qarşılaşma xüsusi əhəmiyyət daşıyır. 9-cu sırada yer alan "Kəpəz"dən 7 xal az toplayan qonaqlar sonuncu pillədən qurtulmaq üçün görüşdən sərfəli nəticə ilə ayrılmalıdırlar.
MURAD ABDULLAZADƏ
Sport1.az